Bunu “PAŞA Bank”ın İdarə Heyətinin sədri Cavid Quliyev bankın ötən ilin yekunları ilə bağlı keçirdiyi brifinqdə deyib.
“Bu il ərzində “Şuşa” filialı və Ağdam şəhərində nümayəndəliyimizi açmağı planlaşdırırıq", - deyə C.Quliyev qeyd edib.
Ötən ilin müştəri köçürmələrinə toxunan Cavid Quliyev bu əməliyyatların 15,8 faiz artaraq 113 milyard 944 milyon 625 min manat təşkil etdiyini vurğulayıb.
O bildirib ki, ötən il bankın kredit portfeli 18,2 faiz artaraq 3 milyard 360 milyon 976 min manata, fərdi sahibkarlara verilmiş kreditlər 28,5 faiz artaraq 103 milyon 316 min manata, o cümlədən hüquqi şəxslərə verilmiş kreditlər 15,3 faiz artaraq 2 milyard 899 milyon 671 min manata çatıb: ““PAŞA Bank” ötən ili 214 milyon 535 min manat xalis mənfəətlə başa vurub (-21 faiz)”. (AZƏRTAC)