13.05.2025, 14:16
AZ EN
19.04.2025, 12:00 170

Horadiz-Ağbənd dəmiryol xəttinin tikinti-quraşdırma işlərinin 63 %-i tamamlanıb

XƏBƏRLƏR
  • Horadiz-Ağbənd dəmiryol xəttinin layihələndirmə işlərinin 83 %-i, tikinti-quraşdırma işlərinin isə 63 %-i tamamlanıb.

Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) xəbər verir.

Məlumata görə, uzunluğu 110,4 km olan dəmiryol xəttinin ox üzrə 75,6 km hissəsi (yan yollarla birlikdə 87 km) tamamlanıb, uzun ölçülü relslərin 65,6 km-i quraşdırılıb.

Layihə çərçivəsində ümumilikdə 534 ədəd mühəndis qurğusunun, 8 ədəd stansiyanın tikintisi və 70 ədəd yoldəyişən qurğunun quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, Horadiz-Ağbənd dəmiryol xətti Zəngəzur dəhlizinin əsas nəqliyyat arteriyalarından biri kimi Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirməklə yanaşı, Orta Dəhlizin yeni seqmenti olaraq Şərq-Qərb-Şərq üzrə yükdaşımalar üçün imkanları genişləndirəcək. (Report)

Oxşar xəbərlər