03.07.2025, 13:17
AZ EN
24.02.2025, 14:21 245

Azərbaycanla Pakistan arasındakı strateji müttəfiqlik son illər daha da dərinləşib

XƏBƏRLƏR
  • "Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycana səfərə gəlib. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan Baş naziri ilə təkbətək görüşü olub.

Pakistan Azərbaycanın haqq işinə yaxından dəstək olan ölkələrdəndir".

Bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Millət vəkili bildirib ki, dövlətlər arasındakı strateji müttəfiqlik son illər daha da dərinləşib: "2024-cü ildə Azərbaycan ilə Pakistan arasındakı ticarət dövriyyəsi 22 milyon 048 min dollar olub. Dövriyyə əvvəlki il ilə müqayisədə cüzi dəyişsə də 2021-ci ilin 11 milyon 732 min dollarlıq dövriyyəsi ilə  müqayisədə 2 dəfəyə yaxın artım deməkdir.

Ölkələr arasındakı dostluq və qardaşlıq münasibətləri iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün yeni imkanlar yaradır. Digər tərəfdən, strateji müttəfiqlik ölkələr arasında iqtisad əlaqələrin də genişlənməsinə xidmət edir. İki ölkə arasında iqtisadi sahədə daha geniş potensial mövcuddur. Qarşılıqlı rəsmi səfərlər bu əlaqələrin daha dərinləşməsinə xidmət edir.

Ölkələr arasında turizm sahəsində də geniş əməkdaşlıq qurulmaqdadır. 2024-cü ildə  Pakistandan Azərbaycana gələn tursitlərin sayı 46.7 faiz artaraq  81 min 427 olub.

Pakistan eyni zamanda işğaldan azad olunan ərazilərimizin bərpası, iqtisadiyyatının formalaşması və reinteqrasiyasında daha yaxından iştirak etmək istəyən ölkələrdəndir. Qarabağa daha çox Pakistan sərmayəsinin cəlb ediləcəyi gözlənilir. Azərbaycan da Pakistana daha çox investisiya yönəltməyi hədəfləyir.

Bütövlükdə, iki ölkə arasındakı geniş potensial daha yaxından reallaşmaqdadır. Tərəflər fərqli sahələrdə yeni əməkdaşlıq imkanlarından faydalanacaqlar".

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər