Bunu millət vəkili Vüqar Bayramov açıqlamasında deyib. O, bildirib ki, ötən il ölkəmizdə 50,3 milyard kubmetr təbii qaz hasil edilib: "Qazın 13,3 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”, 27,8 milyard kubmetri “Şahdəniz”, 1,5 milyard kubmetri “Abşeron” yatağı, 7,7 milyard kubmetri isə SOCAR üzrə hasil olunub. 2023-cü il ilə müqayisədə hasilat 2 milyard kubmetr artıb.
Qeyd edək ki, Azərbaycan tarixində ilk dəfə olaraq mavi qaz hasilatı illik 50 milyard kub metrdən çox olub. Bu isə ölkəmiz üçün daha çox ixrac imkanları deməkdir. Hazırda Azərbaycan regionun 12 ölkəsinə mavi qaz nəql edir.
Bütövlükdə, ötən il xaricə qaz satışı 25,2 milyard kubmetr təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 5,8 faiz çoxdur. Avropa ilə yanaşı, 9,9 milyard kubmetr Türkiyəyə, 2,4 milyard kubmetrdən çox isə Gürcüstana satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,6 milyard kubmetr qaz nəql olunub.
Mavi qaz ixracatı dövlət gəlirlərini artırmaqla yanaşı, ölkəmizin geosiyasi mövqeyini daha da möhkəmləndirərək regionun enerji təhlükəsizliyinin güclənməsində Azərbaycanın rolunu artırır".
Tahirə AĞAMİRZƏ