Bunu millət vəkili Vüqar Bayramov açıqlamasında deyib.
Deputat bildirib ki, gələn il büdcə xərclərinin 41 faizindən çoxu sosial istiqamətə yönəldiləcək. 2021-ci illə müqayisədə sosial xərclərdə 5 milyard manata yaxın artım var. Vətən Müharibəsi başa çatdıqdan sonra- 2021-ci ildə sosial xərclər 12,2 milyard manat olubsa, 2022-ci ildə 13,7 milyard manat, 2024-cü ildə 15,5 milyard manat təşkil edib, 2025-ci ildə isə 16,9 milyard manat nəzərdə tutulub. Beləliklə, 2021-ci illə müqayisədə gələn il sosial xərclər 4,7 milyard manat artıq proqnozlaşdırılır. Bu o deməkdir ki, maas, pensiya, müavinət və təqaüdlərə əvvəlki illərlə müqayisədə daha çox vəsait nəzərdə tutulur.
Bu vəsaitərin 7,2 milyard manat əmək pensiyalarının maliyyələşdirilməsinə yönəldiləcək. Əmək pensiyalarının orta məbləğinin 531 manata çatması proqnozlaşdırılır. Yaşa görə əmək pensiyaları isə 569 manat olacaq. Əmək pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min nəfər vətəndaşımızın pensiyalarına şamil olunacaq.
Azərbaycanın müdafiə qabilyyətinin daha da gücləndirilməsinə büdcədən 8 milyard 396 milyon manat nəzərdə tutulub. Qarabağ-Şərqi Zəngəzura minimum 4 milyard manat vəsait ayrılacaq. Bununla da işğaldan azad olunmuş ərazilərimizə ayrılan vəsaitin həcmi 22 milyard manata çatacaq.
Bütövlükdə, 2025-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən böyük büdcəsidir.
Tahirə AĞAMİRZƏ