18.06.2025, 23:42
AZ EN
10.12.2024, 08:00 351

Azərbaycan işğalın ağır fəsadlarını öz gücünə aradan qaldırır

XƏBƏRLƏR
  • Prezident İlham Əliyevin inkişaf strategiyası ölkə iqtisadiyyatının dinamikliyini təmin edir. Azad edilmiş ərazilərin bərpası və ölkə iqtisadiyyatına yenidən inteqrasiya milli gündəliyimizin ön sıralarındadır.  Böyük qayıdışın quruculuq mərhələsinin icrası olaraq keçmiş məcburi köçkünlər artıq yurd yuvalarına geri dönür. Keçmiş məcburi köçkünlər 8 yaşayış məntəqəsində yerləşdirilib. Qarabağa ilk köç Zəngilan rayonun Ağalı kəndinə olub. Bu, “ağıllı kənd” modeli əsasında həyata keçirilən ilk böyük qayıdış nümunəsidir.

2026-cı ilədək 34 mindən artıq ailənin, 140 min vətəndaşın köçürülməsi nəzərdə tutulur. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimində bildirmişdi ki, "Böyük Qayıdış" proqramının birinci mərhələsini 2026-cı ilin sonunda başa çatdıracağıq və o vaxt 140 min köçkün öz dədə-baba torpaqlarına qayıdacaq: "Bununla paralel olaraq, bütün sosial infrastruktur inşa edilir, xəstəxanalar, məktəblər, idman obyektləri, infrastruktur obyektləri, yollar, 130-dan çox tunel və körpü - 40 tunel və 90 körpü - inşa edilir. Yəni bu, sadəcə olaraq işin miqyasını göstərir, bütün elektrik təsərrüfatı yenidən qurulub, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında açılacaq. Yəni geniş quruculuq işləri görüləcək. Əlbəttə ki, köçkünlər üçün yeni evlər, bütün müasir şəhərsalma qaydalarına uyğun olan yaşayış yerləri qurulacaq və tarixi şəhərlərimizin tarixi siması bərpa ediləcək".

Qarabağ və Şərqi Zəngəzurda əhalinin məşğulluğu keçən ilin müvafiq göstəricisi ilə müqayisədə 42 faiz artıb. Təkcə bu ilin birinci yarısında 593 yeni iş yeri yaradılıb. Ən çox iş yerləri Laçın və Şuşada açılıb. Qarabağa ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Ümumilikdə 1120 reys həyata keçirilib. 34981 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

Bu gün Azərbaycan Böyük Qayıdış yolunda əmin addımlarla irəliləyir. Şübhə yoxdur ki, Qarabağda aparılan tikinti-quruculuq işləri ölkəmizin gücünü və potensialını dünyaya nümayiş etdirir.

Günel QULİYEVA

Oxşar xəbərlər