Bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev "Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"nda deyib.
"Məhz buna görə də COP29 prezidentliyi Bakı Qlobal İqlim Şəffaflığı Platformasını istifadəyə verdi. Bu platforma inkişaf etməkdə olan ölkələrə hesabatlarının hazırlanmasında dəstək göstərir və məqsədyönlü potensial artımını təmin edir. O, mövcud şəffaflıq platformaları ilə əməkdaşlıq edir ki, fəaliyyətlərimizin uyğunluğunu təmin etsin və birgə səylərimizin səmərəliliyini artırsın.
Bundan əlavə, platforma cəmiyyətin bütün sektorlarından maraqlı tərəfləri əməkdaşlığa cəlb edir. Bakı Şəffaflıq Platforması inkişaf etdirilmiş şəffaflıq sistemində universal iştirakın təşviqinə çalışır", - deyə M.Babayev vurğulayıb. (Trend)