11.11.2024, 17:19
AZ EN
30.10.2024, 16:48 149

İşğaldan azad olunmuş Cahangirbəylidə qaz, su, elektrik işlərinə 14,1 milyon manat vəsait sərf olunacaq

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş Zəngilan rayonunun Cahangirbəyli kənd yaşayış məntəqəsində qaz, su, elektrik ve zəif axın işlərinin həyata keçirilməsinə sərf olunacaq vəsaitin həcmi açıqlanıb.

Bu barədə  dövlət satınalmalarının vahid internet portalı xəbər verir.

Məlumata görə, sözügedən işlərin reallaşdırılması ilə bağlı Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti hazırlıqlara başlayıb.

Qurum Cahangirbəyli yaşayış məntəqəsində qeyd olunan işlərin 14.130.163,00 AZN-ə (14 milyon 130 min 163 manat) başa gələcəyini proqnozlaşdırır.

Qeyd edək ki, 2023-cü ilin mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub. (Trend)

Oxşar xəbərlər