"Vətən səsi" xəbər verir ki, Dövlət Statistika Komitəsinin bununla bağlı hazırladığı statistik hesabatda işğaldan azad edilmiş rayonların da adı var. Məlum olub ki, işğaldan azad edilmiş şəhər və rayonlar arasında bu il ən çox elektrik enerjisi istehlakına görə Şuşa birinci yerdədir. Bu il Azərbaycanın mədəniyyət paytaxtı 1,1 milyon kilovat/saat elektrik enerjisi istehlak edib. Bu sırada ikinci və üçüncü yerlər 0,9 milyon kilovat/saatla Xankəndi şəhəri və Kəlbəcər bölüşür. Zəngilanın elektrik enerjisi istehlakında payı 0,6 milyon kilovat/saat, Xocavəndin və Qubadlının 0,4, Cəbrayl və Laçın rayonunların hər birinin 0,1 milyon kilovat/saat olub.
Elxan SALAHOV