Bunu Ağdamda “Eel Electric” MMC-nin direktoru Vüsal Mirzəyev deyib.
O bildirib ki, sənaye parkının 1,7 hektar ərazisində yaradılan müəssisə iki mərhələdən ibarətdir. Müəssisəyə ümumilikdə 3 milyon manat investisiya yatırılması nəzərdə tutulub. Artıq birinci mərhələdə işlər yekunlaşıb. Müəssisədə ildə 600 ədəd ortagərginlikli qurğu, 600 ədəd aşağıgərginlikli qurğu, 150 ədəd monoblok beton yarımstansiya və elektrik avtomobilləri üçün 140 ədəd şarjdoldurma avadanlığı istehsal ediləcək.
Müəssisədə 70 nəfər işlə təmin olunacaq. İstehsal olunan məhsulların 60 faizinin yerli, 40 faizinin isə xarici bazarlarda satışı planlaşdırılır.
“Eel Electric” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 73 min manatdan çox vəsaitə qənaət edib. (AZƏRTAC)