20.10.2024, 23:44
AZ EN
09.09.2024, 12:17 272

Gənc hərbçilər mənzillə təmin olunacaq

XƏBƏRLƏR
  • 2024-2025-ci  tədris ilindən başlayaraq Xüsusi Təyinatlı Tədris Müəssisələrində təhsil alan və məzun olduqdan sonra Azərbaycanda beş il zabit və gizir kimi həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara güzəştli ipoteka kreditlərinə dövlət tərəfindən maliyyə dəstəyi göstəriləcək.

Prezident İlham Əliyev bununla bağlı yeni fərman imzalayıb. Eləcə də  bəzi fərmanlarda dəyişişlik edib.

İqtisadçı ekpert Eldəniz Əmirov “Real”a açıqlamasında fərmanın kimlərə şamil olunması barədə danışıb. O, qeyd edib ki, eyni zamanda da dövlətlərarası mübadil, daha dəqiq desək, müqavilələr əsasında  xarici ölkələrin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alıb və məzun  onaldan sonra yenidən  Azərbaycana qayıdaraq burada hərbi xidmət edən qulluqçulara, hansı ki, Azərbaycan vətəndaşı olan şəxslərə bu qaydalar şamil olunacaqdır”.

Ödənişin müddətinə gəlincə, bu, ən azı 15 il olan güzəştli ipoteka kreditlərinə göstəriləcək. Yəni, 12-13, yaxud da 14 il üçün götürülən güzəştli ipoteka kreditlərinə şamil olunmayacaq.

“Bu zaman, yəni ilkin ödəniş güzəştli ipoteka kreditinin maksimal məbləğinin 15 faizindən yuxarı olmamaq şərti ilə ödəniləcəkdir”.

İqtisadçı ekspert maliyyə dəstəyinin qurumlararası birgə inteqrasiyasından da söz açıb: “Müdafiə Nazirliyidir, İpoteka və kredit zəmanəti fondudur, eyni zamanda müəyyən ediləcək müvəkkil bank arasında informasiya mübadiləsi məhz elektron sistem vasitəsi ilə həyata keçiriləcəkdir. Lazım olan vəsait isə hər il  əvvəlcədən dövlət büdcəsi hazırlanarkən nəzərdə tutulacaq və Müdafiə Nazirliyi üçün bu vəsait ayrılacaq və Nazirliyin məhz bu məqsədlə açılmış bank hesabında saxlanılacaqdır”.

Qeyd edək ki, bu təsdiqlənən sənəd gənc hərbçilərin mənzillə təmin  olunması məsələsində yeni mərhələnin başlanğıcı olacaq.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər