18.10.2024, 23:31
AZ EN
01.08.2024, 16:04 299

Xocalıda mərmərləşmiş əhəng daşı yatağı hərraca çıxarılır

XƏBƏRLƏR
  • Xocalı rayonu ərazisində yerləşən  “Yemişcan” üzlük daşı (mərmərləşmiş əhəng daşı) yatağı hərrac vasitəsilə satışa çıxarılacaq.

"Vətən səsi" xəbər verir ki, hərrac Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən sentyabrın 12-də təşkil olunacaq. Həmin faydalı qazıntı yatağının hərracda start qiyməti 28 min 175 manatdan başlayır. Hərrac auksion formasında keçiriləcək. Hərracda iştirak etmək istəyənlər emlak.gov.az saytından və ya privatization.az saytından hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər hərracla bağlı məlumat almaq, iştirak haqqı və 10 faiz miqdarında beh məbləğini ödəmək üçün Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət etməlidir.

Mərmərləşmiş əhəng daşı yatağından qazıntılar çıxarılması üçün hərrac iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdır. İddiaçılar yazılı ərizə-müraciət formasını və hərracda iştirak haqqının ödənilməsi barədə bank sənədinin əslini sentyabrın 5-dək təşkilatçı quruma təqdim etməlidir.

Elxan SALAHOV

Oxşar xəbərlər