08.09.2024, 06:01
AZ EN
24.07.2024, 16:57 204

Ağdamın Eyvazxanbəyli kəndinə işıq çəkilir

XƏBƏRLƏR
  • Ağdamın işğaldan azad olunmuş Eyvazxanbəyli kəndinin elektrik enerjisi ilə təchiz olunması üçün hazırlıq işləri yekunlaşıb.

"Vətən səsi" xəbər verir ki, “Azərişıq” ASC “Ağdam rayonu Eyvazxanbəyli kəndinin xarici elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq iki dövrəli elektrik verilişi xəttinin çəkilməsi işləri ilə bağlı elan etdiyi tenderinin nəticələrini açıqlayıb. Tenderin qalibi “Harmony İndustrial Construction and Engineering Group” MMC olub. Tərəflər arasında imzalanmış müqaviləyə görə, "Azərişıq" Eyvazxanbəyli kəndinin elektrik enerjisi ilə təchiz edilməsi üçün qalib şirkətə 1 milyon 548 min 835 manat ödəniləcək.

Xatırladaq ki, “Harmony İndustrial Construction and Engineering Group” MMC 2005-ci ildə yaradılıb. Bakı şəhərində qeydiyyatdan keçən şirkətin hüquqi ünvanı Ceyhun Hacıbəyli-52 ünvanında yerləşir.

Eyvazxanbəyli kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər. İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan liderları arasında imzalanmış üçtərəfli Bəyanata əsasən, Ağdam rayonu, o cümlədən Maqsudlu kənd inzibati ərazi dairəsində yerləşən Eyvazxanbəyli kəndi işğaldan azad olunub.

Elxan SALAHOV

Oxşar xəbərlər