21.11.2024, 23:13
AZ EN
03.06.2024, 15:54 300

Qarabağa qayıdacaq gənc sahibkarlara təlimlər keçiriləcək

XƏBƏRLƏR
  • Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Qarabağa qayıdışla bağlı yeni layihənin icrasına başlayıb.

"Vətən səsi" xəbər verir ki, bu barədə İctimai Birliyin mətbuat xidmətindən məlumat yayıb. Bildirilir ki, bu, Qarabağa qayıdış konsepsiyasının gücləndirilməsi istiqamətdə kiçik və orta sahibkarlığın inkişanı dəstəkləyən və Milli QHT tərəfindən icra olunan ilk layihədir. Məqsəd Qarabağ müharibəsi zamanı məcburi köçkün statusu daşımış gənclər arasında sahibkarlıq bacarıqlarının artırılması və sahibkarlığa başlama prosesində onlara dəstək verməkdir.

Layihə çərçivəsində Qarabağ iqtisadi rayonundan olan gənclər və qadınlar üçün təlimlər keçiriləcək. Təlimlərdə iştirakçılara Ailə Biznesinə Asan Dəstək (ABAD), Kiçik və Oerta Biznesin İnkişafı Agentliyi (KOBİA),  habelə Sahibkarlığa Kömək Milli Fondu kimi sahibkarlığı dəstəkləyən qurumlarla işləmək bacarığı öyrədiləcək. Həmçinin fəaliyyətə yeni başlayan sahibkarlara uğurlu rol-model təqdim ediləcək. Bakı şəhərində və Füzulidə layihə  iştirakçılarının və ekspertlərin iştirakı ilə fokus-qrup müzakirələri təşkil olunacaq. Layihənin sonunda regiondan olan 1 uğurlu biznes rol-model olaraq iştirakçılara nümayış etdiriləcək.

Layihə Zəngilan (Agalı kəndi), Füzuli, Laçın(Zabux) və Cəbrayıl-4 şəhərciyi və Zobucuq yaşayış məntəqələrində məskunlaşan əhali qrupunu əhatə edəcəkdir. Bu ərazilərdə yaşayan gənclər və qadınlar təlimlərə iştirakçı olaraq cəlb ediləcək.

Elxan SALAHOV

Oxşar xəbərlər