19.06.2025, 06:09
AZ EN
17.05.2024, 10:32 320

Kapital Bank Xankəndidə filial açacaq

XƏBƏRLƏR
  • Kapital Bank yaxın zamanda Xankəndidə filial açmağa ümid edir.

Bunu mətbuat konfransı zamanı Kapital Bankın idarə heyətinin sədri, Baş icraçı direktor Fərid Hüseynov deyib.

“Bizim Qarabağda artıq 2 filialımız var. Bunlardan biri Zəngilanda - Ağalı kəndindədir. Ötən həftə daha bir filialımız Laçında açıldı və bu ərazidə filiallarımızın sayı artıq 2-yə çatdı. Bu, qürurverici bir haldır. Yaxın zamanda ümid edirik ki, Xankəndidə filialımızı açarıq. Daha sonra isə digər şəhərlərimizdə”, - deyə o bildirib. (Trend)

Oxşar xəbərlər