“Azərişıq” ASC-dən verilən məlumata görə, çəkilən 35/0,4 kV-luq elektrik xətti vasitəsilə hərbi hissə elektrik enerjisi ilə təchiz olunub.
Mənbəyini Füzuli şəhərindəki 110/35/10 kV-luq yarımstansiyadan götürən xəttin uzunluğu 22,5 km-dir və izolyasiyalı naqillə çəkilib.
Qeyd edək ki, işlərin aparıldığı ərazilər əvvəlcə minalardan təmizlənib.
Füzulidə tikiləcək obyektlərin, yaşayış məntəqələrinin də elektrik enerjisi ilə təchizatı üçün layihələndirmə aparılır. (APA)