Bunu rəqəmsal İnkişaf və nəqliyyat nazirinin müavini, "Texlonogiya və innovasiyalar" işçi qrupunun rəhbəri Samir Məmmədov Bakıda Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın təşkilatçılığı ilə keçirilən “Biznes mühitinin yaxşılaşdırılması üzrə iqtisadi islahatlar və müasir çağırışlar” mövzusunda konfransda bildirib.
Onun sözlərinə görə, Şuşa-Xankəndi, Xankəndi-Xocalı, Ağdam-Xocalı-Xankəndi, Ağdam-Bərdə, Beyləqan-Füzuli-Şuşa, Horadiz-Şükurbəyli, Xocavənd-Xankəndi magistral fiber-optik kabel xətləri çəkilib və yaxud bu istiqamətdə işlərə başlanılıb.
"Həmçinin həmin ərazilərdə mobil rabitə şəbəkələrinin, o cümlədən 4-cü nəsil LTE baza stansiyalarının quraşdırılması istiqamətində işlər davam etdirilir. Qeyd olunan ərazilərdə ümumilikdə 300-ə yaxın mobil radio-baza stansiyası fəaliyyət göstərir. Nəticədə işğaldan azad olunmuş əraziləri 2G şəbəkəsi 90 %, 3G şəbəkəsi 87 %, 4G şəbəkəsi isə 79 % əhatə edir", - deyə nazir müavini əlavə edib. (Report)