“Azərpoçt” MMC xəbər verir ki, əlavə olaraq qurum tərəfindən 367 yeni avtomobil alınaraq istifadəyə verilib.
Eyni zamanda, 2003-2023-cü illər ərzində 72 yeni ATM quraşdırılıb, 1236 poçt şöbəsi isə mərkəzi şəbəkəyə qoşulub.
Xatırladaq ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.
Hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir. (AZƏRTAC)