Bu barədə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Fərhad Qaraşov İctimai Televiziyaya müsahibə verib. Bildirib ki, Xocalıdakı nar bağları onların da marağına səbəb olub. Belə ki, assosiasiya nar bağlarına baxış keçirəcək və bu iş lazımi idarələrə həvalə ediləcək.
F.Qaraşov onu da əlavə edib ki, Azərbaycan öz dadlı nar sortlarını inkişaf etdirsə onda başqa ölkələrdən idxala da ehtiyac qalmaz. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi strukturları ilə araşdırmalar da aparılıb və yeni bir layihə hazırlanıb.
Mina RƏŞİD