İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” mövzusunda keçirilən VII Beynəlxalq Bankçılıq Forumunda (“IBF-2023”) bildirib.
"Proqramın icrası ilə bağlı dövlət qurumları 30 milyard manatdan çox tələb qoyub. Bunun təxminən 22 milyard manatını hökumət qarşılayacaq. Təxminən 8 milyard manata qədər vəsait qalacaq ki, bunun da özəl sektora yönəldilməsi arzulanandır. "Böyük Qayıdışa dair I Dövlət Proqramı" bank sektoru da üçün də yaxşı imkanlar yaradacaq", - deyə o qeyd edib. (Report)