08.09.2024, 05:55
AZ EN
31.08.2023, 14:48 295

“Zəngilan” tankerinin bu ilin sonunadək istismara verilməsi nəzərdə tutulur

XƏBƏRLƏR
  • Qaradağ Sənaye Parkının rezidenti Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Zəngilan” tankerinin cari ilin sonuna qədər istismara verilməsi nəzərdə tutulur.

Tanker vasitəsilə kimyəvi maddələrin daşınması planlaşdırılır. “Zəngilan” gəmisinin konsepsiyası Odessa dəniz mühəndisliyi bürosunun mütəxəssisləri tərəfindən hazırlanaraq Bakı Gəmiqayırma Zavodunda inşa edilib. Gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. Texniki göstəricilərinə görə geniş imkanlara malik olan bu gəmi zavodda inşa edilən neft və kimyəvi məhsullar daşıyan tankerdir.

Hazırda Bakı Gəmiqayırma Zavodunda ən nəhəng borudüzən “İsrafil Hüseynov” gəmisinin təmiri aparılır. Bu gəminin Xəzər dənizində alternativi yoxdur.

Qeyd edək ki, zavodun ən böyük uğurları “Ro-Pax” tipli akademik “Zərifə Əliyeva” və “Azərbaycan” bərə gəmiləridir. Orta Dəhlizin inkişafında Xəzər dənizi magistral kimi yeni bir dönəmə qədəm qoyur. Marşrut böyük həcmli yüklərin daşınmasına imkan verən gəmilərə də tələbatı artıracaq. (AZƏRTAC)

Oxşar xəbərlər