01.05.2025, 23:45
AZ EN
26.08.2023, 08:20 344

Zəngəzur dəhlizinin Türkiyə hissəsinin tikintisi bu il yekunlaşacaq

XƏBƏRLƏR
  • Zəngəzurdan keçəcək yeni nəqliyyat dəhlizinin Türkiyə hissəsində işlər bu il yekunlaşacaq.

“Vətən səsi” xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu Ankarada media nümayəndələri ilə görüşündə deyib. O bildirib ki, başlanğıcını Azərbaycandan götürən, Zəngəzur dəhlizindən keçərək Qarsa çatan alternativ dəhliz yaradılır: “Hazırda dəhlizin Azərbaycan ərazisindən keçən hissəsində işlər tamamlanmaq üzrədir. Biz də Dilucu, İğdır və Qarsda işlər görürük və bu il üçün yekunlaşdırılması planlaşdırılır. Bu, çox ciddi bir alternativ olacaq”.

Xatırladaq ki, Zəngəzur dəhlizinin Azərbaycandan keçən hissəsi işğaldan azad edilmiş Füzuli, Cəbrayıl və Zəngilan rayonlarının ərazisindən keçir. Vətən müharibəsindən cəmi bir ay sonra, 2021-ci ilin oktyabrında Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi ilə icrasına başlanan bu nəqliyyat dəhlizi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq.  Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistralının bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək.

Elxan SALAHOV

Oxşar xəbərlər