Azərbaycan İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi xəbər verir ki, bu vəsait 19 rezident və 6 qeyri-rezident tərəfindən ayrılacaq.
Həmçinin Ağdam Sənaye Parkında 25 subyekt tərəfindən 1,7 min iş yerinin açılacağı gözlənilir.
Qeyd edək ki, Azərbaycanın sənaye zonalarında bütünlükdə 134 sahibkarlıq subyekti rezident statusu alıb, bunlardan 68-i istehsal fəaliyyətinə başlayıb. Onların investisiyalarının ümumi həcmi 7,2 milyard manatdan çoxdur. (Trend)