Bütövlükdə, 2023-cü ilin yanvar-aprel aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 21,2 faiz, real ifadədə 17,5 faiz artaraq 1 milyard 187 milyon dollar olub".
Bunu Milli Məclisin depuratı, iqtisadçı alim Vüqar Bayramov özünün şəxsi "Facebook" hesabında bildirib.
Millət vəkilinin sözlərinə görə, qeyri neft-qaz məhsulları üzrə ixracatımızda Türkiyə və Rusiya ilə yanaşı Gürcüstan (12,0 faiz), İsveçrə (4,1 faiz), Qazaxıstan (2,9 faiz), Türkmənistan (2,3 faiz), Ukrayna (2,3 faiz), İtaliya (1,6 faiz), Belçika (1,5 faiz), Özbəkistan (1,3 faiz), Rumıniya (1,3 faiz), Almaniya (1,1 faiz), Çin (1,1 faiz), Birləşmiş Ərəb Əmirlikləri (1,1 faiz) ticarət tərəfdaşlarımızdır:
"Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında strateji əlaqələrin son illər daha da güclənməsi müşahidə olunur. Artıq iki ölkə arasında ticarət döriyyəsi 6 milyard dollardan çoxdur. Hədəf yaxın illərdə ticarət dövriyyəsini 10 milyard dollara qədər artırılmasıdır", - deyə V.Bayramov bildirib.
Hazırladı: Tahirə AĞAMİRZƏ