Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib.
"İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması bizim yeni missiyamızdır və Prezident İlham Əliyev bu missiyanın həyata keçirilməsi üçün Azərbaycan xalqını səfərbər edib. Həmin missiya Böyük Qayıdış proqramının icra olunmasından ibarətdir. Nəticədə bu ərazilər də Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunacaq. Qarabağ və Şərqi Zəngəzurda böyük layihələrin təməli qoyulur, bu layihələrin bir qismi artıq başa çatdırılaraq istifadəyə verilib", - deyə o əlavə edib.
Xatırladaq ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərin 2 milyard 260 milyon manat və yaxud 75,3 % artırılması təklif olunur. Artımdan sonra bu xərclər 5 milyard 260 milyon manat olacaq. (Report)