21.11.2024, 22:18
AZ EN
26.05.2023, 08:03 286

Vüqar Bayramov: "Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əməkdaşlığı genişləndirir"

XƏBƏRLƏR
  • "Dünən Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib". Bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov özünün şəxsi "Facebook" səhifəsində qeyd edib.

Millət vəkili bildirib ki, Azərbaycanın bu toplantıda qonaq statusu ilə iştirak etməsi ölkəmizin bu təşkilata üzvlüyünün müzakirə mövzusu olması anlamına gəlməməlidir: "Azərbaycanda bu tədbirə yalnız və yalnız qonaq kimi qatılırdı.

Azərbaycan bundan sonra da müstəqil xarici iqtisadi siyasətini davam etdirəcək. Bununla belə, Ermənistan istisna olunmaqla ölkəmizin Avrasiya İqtisadi Birliyinə üzv ölkələri ilə dərin iqtisadi əlaqələri var və ötən il iki tərəfli ticarət dövriyyəsi 5.0 milyard dollardan çox olub. 3.1 milyard dollar dövriyyə ilə Rusiya Azərbaycanın ən böyük idxalat tərəfdaşı və qeyri-neft ixracatında əsas partnyor olaraq 1/3 paya malikdir. Bununla yanaşı, Azərbaycanın əsas ticarət tərəfdaşı Avropa dövlətləri olaraq qalır. 2022-ci ildə Azərbaycanın Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsi 27 milyard 344 milyon dollar olub ki, bu da 2021-ci illə müqayisədə 80 faiz çoxdur.

Azərbaycan həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əməkdaşlığı genişləndirir. Bu da ölkəmiz üçün qeyri-neft daxil olmaları baxımdan vacibdir. Bu kontekstdən, şimal dövlətlər ilə müstəqil iqtisadi əməkdaşlıq sadəcə xarici ticarət dövriyyəsinin genişləndirilməsi deyil, həmçinin beynəlxalq yük daşımaların həcminin artırılması baxımdan da vacibdir",- deyə millət vəkili bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər