29.03.2024, 14:37
AZ EN
20.04.2023, 11:17 333

Orxan Məmmədov: Yaradılmış imkanlar yaxın gələcəkdə Qarabağın turizm potensialından istifadəyə şərait yaradacaq

XƏBƏRLƏR
  • İşğaldan azad olunmuş ərazilərimizin geniş turizm potensialı var və bölgədə yaradılmış imkanlar regionun yaxın gələcəkdə turizm potensialından istifadə edilməsinə şərait yaradacaq.

Bunu bu gün Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən “Turizm biznesi: Mövcud vəziyyət və perspektivlər” mövzusunda ictimai müzakirədə deyib.

“Bu isə turizm sahəsində fəaliyyət göstərən biznes subyektləri üçün geniş perspektivlər vəd edir. Bu baxımdan KOBİA, Dövlət Turizm Agentliyi və bu sahədə fəaliyyət göstərən assosiasiyalar birgə əməkdaşlıq formatında səylərini birləşdirməli və yeni layihələrin icrası məqsədilə əməkdaşlıq imkanlarını genişləndirməlidirlər.

Hazırda bu ərazilərdə iki - Füzuli və Zəngilan hava limanları artıq fəaliyyət göstərir. Bu ilin sonunda – gələn ilin əvvəlində isə Laçın beynəlxalq hava limanı istifadəyə verilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlərimizin Zəngilan rayonuna, Talış kəndinə qayıdışına artıq başlanılması, azad edilmiş ərazilərdə şəhər və kəndlərin yenidən qurulması işlərinin sürətlə davam etdirilməsi bu ərazilərdə turizmin yaradılmasına əsas verəcək”,- deyə O.Məmmədov bildirib. (Trend)

Oxşar xəbərlər