Bu barədə Xarici İşlər Nazirliyinin tvitter hesabında qeyd edilib.
"2020-ci ildən bəri Azərbaycanın mina qurbanların sayı 290 nəfərdir. Ermənistan dəqiq mina xəritələrini təhvil verməlidir" - deyə əlavə edilib.
Xatırladaq ki, dünən Laçın rayonu Sus kəndi ərazisində heyvan otaran çoban piyada əleyhinə minaya düşüb. 2001-ci il təvəllüdlü Ramil Əzizov ayağından xəsarət alıb. O, ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xəstəxanaya çatdırılıb.