20.04.2025, 01:46
AZ EN
12.04.2023, 17:10 312

Rusiya Ermənistandan izahat tələb edir

XƏBƏRLƏR
  • Bir az öncə bu başlıq altında "Hraparak"da yayılmış xəbərdə deyilir ki, Rusiya Ermənistanın NATO hərbi qüvvələri ilə birlikdə təlimi barədə izahat verməyi xahiş edib. "Bu barədə  RF XİN-nin rəsmisi Mariya Zaxarova açıqlama verib",- deyə agentlik əlavə edib ki, diplomat dünən Ermənistan-Azərbaycan sərhədində baş vermiş olayla bağlı danışarkən Avropa İttifaqının Ermənistanda mövcudluğunun vəziyyəti daha da gərginləşdirdiyini xüsusi vurğulayıb.

O, deyib ki, bunun gərginliyi daha da artırdığını,bölgədə dayanıqlı sülhə təhlükə yaratdığını öncədən görmüşük.

Xatırladaq ki, Brüsseldə rəsmi səfərdə olan Ermənistanın müdafiə naziri Suren Papikyan dünən orada Avropa İttifaqının və NATO-nun birsıra rəsmiləri ilə görüşərək əməkdaşlıq barədə sənədə imza atıb. Bu isə, əlbəttə, Rusiyanın maraqlarına tamamilə ziddir.

N.Qaramanlı

Oxşar xəbərlər