14.03.2025, 21:36
AZ EN
07.04.2023, 09:34 189

Zaur Məmmədov: “Azərbaycanın müəyyən siyasi addımlarına görə qınamağa İranın haqqı yoxdur”

XƏBƏRLƏR
  • İran Azərbaycanın müəyyən siyasi addımlarına görə qınaq obyektinə çevirməzdən əvvəl, öz əmələrini nəzərdən keçirməlidir ki, qarşı tərəfdən gələn tutarlı cavablara duruş gətirə bilsin, aciz duruma düşməsin.

Politoloq Zaur Məmmədov bildirib ki, son zamanlar azğınlaşan İran diplomatiyası bütün hədləri aşaraq geri dönüşü olmayan bir vəziyyət yaradıb. Vaxtilə işğaldan əziyyət çəkən ölkə kimi Azərbaycan İrandan fərqli olaraq  atdığı addımlarda ədalət və sülhün təməl prinsiplərini həmişə rəhbər tutub: “Onlar başa düşməlidirlər ki, İslam dünyasında İranın statusu, onun yeri və rolu çox aşağı səviyyədədir. Ona görə ki, elə müsəlman ölkələri arasında nifaq salan, bu yaxınlarda Yəmən və Səudiyyə Ərəbistanını bir-birinə vuruşduran, Fələstində sülhün əldə edilməməsi üçün əlindən gələni edən, bu gün Suriyada və İraqda qardaş qanı axıdan məhz İranın özüdür”.

Yaxın Şərqdə gedən prosesləri incələyən zaman sülhə mane olan və hər cür destruktiv fəaliyyətləri həyata keçirən qüvvələrdən birincisi İran və molla rejiminin apardığı siyasət olduğunu aydın şəkildə görmək olar. Suriyada, Fələstində, İraqda, Livanda və digər ölkələrdə İrana bağlı təşkilatlar molla rejiminin mənfi göstərişlərini icra edirlər.

“O ki, qaldı, Azərbaycan və Fələstin münasibətlərinə, bu münasibətlər artan xətt üzrə inkişaf edir və bizim İsraildə səfirlik açmağımızla bağlı Fələstin tərəfindən Azərbaycana heç bir etiraz olmayıb. Çünki Fələstin yaxşı başa düşür ki, məhz onlar üçün ağrılı məsələlərlə bağlı Azərbaycan daim beynəlxalq miqyasda, həm BMT-də, həm də digər təşkilatlarda məhz Fələstinin mövqeyini dəstəkləyir”,- deyə politoloq bildirib.

Azərbaycanın İslam dünyasında yeri və çəkisi var. Azərbaycan daim İslam həmrəyliyini dəsrəkləyir. Belə ki, İslam Əməkdaşlıq Təşkilatı Zirvə toplantılarında Prezident İlham Əliyevin çıxışları, Mahmud Abbasın Azərbaycana səfəri, son olaraq Prezidentin tapşırığı ilə Xarici İşlər naziri Ceyhun Bayramovun Fələstinə səfəri Azərbaycanın daimi nümayəndəliyinin açılmasını da xüsusi vurğulamaq olar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər