22.11.2024, 04:27
AZ EN
02.04.2023, 18:41 258

Kəlbəcərdə ermənilərin törətdiyi qırğınlara dünya ictimaiyyəti tərəfindən obyektiv qiymət verilməyib

XƏBƏRLƏR
  • Təəssüflər olsun ki, aprelin 2-si Kəlbəcər işğal olunan gündən bəri bizim üçün kədər tarixi kimi xarakterizə olunub. Kəlbəcərin uzun illər işğal altında qalması təkcə torpaqlarımızın qəsb edilməsi baxımından deyil, həm də orada olan maddi-mənəvi irsimizin, dini abidələrimizin, eyni zamanda, Azərbaycana aid bütün sərvətlərin vandalcasına və kobudcasına terrora məruz qalması deməkdir.

Bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

"Təəssüf ki, 30 il ərzində Azərbaycanın torpaqlarının işğalı dövründə Kəlbəcərdə ermənilərin törətdiyi qırğınlara dünya ictimaiyyəti tərəfindən obyektiv qiymət verilmədi. Hələ də Kəlbəcərin Başlıbel bölgəsindəki qətliam, oradakı günahsız körpə və qadınların ermənilər tərəfindən terrora məruz qalmasına indiyə kimi səs çıxarılmayıb.

Hesab edirəm ki, Kəlbəcərin işğal edilməsi, həm də Qarabağa gedən yolda çox mühüm strateji bir yerin qəsb edilməsi demək idi. Ermənilərin Kəlbəcəri işğal etməsində hakimiyyətdə olan AXCP və Müsavat cütlüyünün də yarıtmaz fəaliyyətinin rolu var idi. Məhz hakimiyyət və klanlar arasında baş verən çəkişmələr, torpaqların müdafiəsinə lazımi diqqətin ayırılmaması Kəlbəcərin işğalı faktoruna səbəb oldu. Lakin Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində qazanılan uğurlu hərbi Qələbədən sonra, Kəlbəcər kimi çətin relyefə və eyni zamanda, mürəkkəb coğrafi struktura malik olan və Azərbaycanın ərazi baxımından ən böyük bölgəsini bir güllə atmadan və şəhid vermədən, işğaldan azad etdi",-deyə politoloq bildirib.

O hesab edir ki, Kəlbəcərin bir güllə atılmadan, diplomatik məharət nəticəsində geri qaytarılmasının bizim üçün çox böyük əhəmiyyəti var.

Atıq Kəlbəcər rayonunda böyük abadlıq-quruculuq işləri həyata keçirilir. Cari ildə Laçına əhalinin köçürülməsi də baş tutacaq. Daha sonra isə Kəlbəcərə məcburi köçkünlərimizin qayıdacağı gözlənilir. Kəlbəcərin işğaldan azad edilmiş bölgələrində arıçılıq və müxtəlif fermer təsərrüfatları yaradılıb. Həmçinin Kəlbəcərin işğaldan azad olmağının bizim üçün mənəvi tərəfdən də çox böyük əhəmiyyəti var. Çünki Kəlbəcər Ermənistanla sərhəddə mühüm nöqtəyə malikdir. Məhz, Kəlbəcər kimi önəmli şəhərdə quruculuq və yenidənqurma işləri görüldükdən sonra rayon təkcə regionun deyil, dünyanın önəmli turizm məkanlarından birinə çevriləcək. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR