Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin RTVI -yə müsahibəsində Ermənistanın KTMT ilə münasibətlərinə dair suala cavabında bildirib.
Mixail Qaluzin qeyd edib ki, KTMT çərçivəsində İrəvanla qarşılıqlı fəaliyyətin bütün məsələləri, o cümlədən təşkilatın Ermənistan ərazisində müşahidə missiyasının yerləşdirilməsi konstruktiv və qarşılıqlı faydalı əsasda həll olunacaq.
"Ermənistan tərəfinin narahatlıqları KTMT-də mövcud olan qarşılıqlı fəaliyyət formatları çərçivəsində - Daimi Şuranın iclaslarından tutmuş Kollektiv Təhlükəsizlik Şurasına qədər müzakirə olunur. Biz öz tərəfimizdən KTMT-nin missiyasını Ermənistan-Azərbaycan sərhədində yerləşdirməyə hazır olduğumuzu bir daha təsdiq edirik", - deyə rusiyalı diplomat vurğulayıb. (APA)