Bunu hərbi ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.
“Dünya azərbaycanlılarının əsas arzusu və istəyi uzun illər işğala, qarətə, mədəni abidələrin və tarixin məhvinə məruz qalmış Qarabağın dirçəldilməsi ilə bağlıdır”, - o deyib.
Hərbi ekspert işğaldan azad edildikdən sonra iki dəfə Şuşada olduğunu bildirib: “Bu səfərlər mənə unudulmaz təsir bağışlayıb. Çoxillik erməni işğalından sonra şəhərin energetikası və memarlıq şedevrləri yenidən dirçəlir. Şuşa, təkcə Türk dünyasının mədəni paytaxtı deyil, həm də sözün hər mənasında vacib bir şəhərdir”.
Onun sözlərinə görə, qurultayın Şuşada keçirilməsi ədaləti və gələcəyə yönəlməni təcəssüm etdirir.
“Bu əlamətdar hadisə münasibətilə bütün azərbaycanlıları təbrik edirəm. Onlar əvəzolunmaz hisslər yaşayacaqlar. Dağıdılmış abidələr Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunur. Həyat və xeyirin şərə qalib gəlməsi çox vacibdir”, - İ.Korotçenko vurğulayıb. (Report)