24.12.2024, 08:59
AZ EN
24.03.2023, 18:05 172

Azərbaycanı etnik təmizləmədə günahlandıranlar soydaşlarımız yurd-yuvalarından qovulanda harada idilər?

XƏBƏRLƏR

Ermənilər Cənubi Qafqazın aborigen xalqıdır. Mənfur qonşularımızın Cənubi Qafqaza köçürülməsi 1724-cü ildən sonra başlayıb. Türkmənçay müqaviləsi və Ədirnə sülh müqaviləsinin nəticələrinə əsasən onların Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərinə köçü 1829-cu ildən daha da sürətlənmişdi. Onlar Cənubi Qafqaza köçürüldükdən sonra çox keçmədən öz oğru, mənimsəmə xislətlərini nümayiş etdirdilər. Belə ki, ermənilər bu ərazilərdə mövcud olmuş alban xalqlarına məxsus kilsələri də özününkiləşdirməyə başladılar. Bu azmış kimi azərbaycanlıların öz doğma yurdlarından sıxışdırılma prosesinə başlanıldı. Nəticədə isə ermənilər 1918-cı ildə Azərbaycanın tarixi torpaqlarında monoetnik dövlət yaratdılar. Onlar etnik təmizlənmənin son mərhələsini ötən əsrin 80-cı illərin sonlarında başa çatdırdılar. Azərbaycanlılara qarşı aqressiv münasibət və barışmaz düşmənçilik bununla yekunlaşmadı. Genetikalarında yırtıcılıq və vəhşilik olan bu millət 1990-cı illərin əvvəllərində Azərbaycan dövlətinin suveren ərazilərinin 20 faizini işğal edərək həmin ərazilərdə yaşayan azərbaycanlıları da öz doğma yurdlarından qaçqın və məcburi köçkün saldılar. Həmin etnik təmizlənmə faktlarının dünya ictimaiyyətində müasir baxışların və insan haqlarının qorunması institutlarının formalaşdığı dövrdə baş verməsi böyük faciədir. Çünki həmin dövrdə dünya ictimaiyyəti işğalçılıq siyasətinə qarşı olduğunu və insan haqlarını müdafiə etdiyini açıq şəkildə bəyan edirdi.

Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov bildirib.

Deputatın sözlərinə görə, həmin dövrdə baş verənlər dünyadakı proseslərə selektiv yanaşmaların tətbiq edildiyini üzə çıxardı. Belə ki, BMT TŞ-da Ermənistan silahlılarının Azərbaycanın ərazilərindən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul olunmuş dörd qətnamə 28 ildə gücsüz bir kağız parçası olduğunu sübut etdiyi halda, bəzi ölkələrlə bağlı qəbul olunmuş qərarlar bir neçə gündə icra olundu. Azərbaycan beynəlxalq normalara hörmətlə yanaşdığından torpaqlarının erməni işğalından azad olunmasını beynəlxalq güclərin təsiri və danışıqlar prosesi ilə həll olunmasını 30 ilə yaxın gözlədi. Nəticədə isə işğala danışıqlar yolu ilə son qoya bilməyəcəyini və Ermənistanın yeni torpaqlar iddiası ilə növbəti müharibəyə çağırışlarının genişləndiyini görən Azərbaycan ərazi bütövlüyünü hərb yolu ilə bərpa etdi. 44 günlük şərəfli yol Ermənistanın ağ bayraq qaldırması ilə başa çatdı. Döyüş meydanında başlayan prosesin siyasi danışıqlar masasında davam etdirilməsi razılaşdırıldı. Belə ki, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya sənədinə imza ataraq Azərbaycanın irəli sürüldüyü bütün şərtləri qəbul etməli oldu. Müharibənin başa çatdığı ilk aylarda Ermənistan rəhbərliyi imza atdığı sənədin şərtlərini icra etməyə məcbur oldu. Kəlbəcər, Laçın və Ağdam rayonları bir güllə atılmadan boşaldıldı. Həmin əraziləri tərk edəndə də ermənilər öz vəhşiliklərini və barbarlıqlarını nümayiş etdirdilər. Azərbaycanlılara məxsus evlər yandırıldı, meşələr kəsildi, həmin ərazilərə minalar basdırıldı. Təbii ki, bütün bunlar beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verirdi. Lakin hər zaman olduğu kimi yenə də heç bir beynəlxalq təşkilat və ölkə bu özbaşınalıqları dayandırmaq üçün Ermənistana müraciət etmədi. Hətta Vətən müharibəsinin ilk günlərindən başlayaraq Fransa Azərbaycana hədə-qorxu gəlməyə və BMT-TŞ-da qətnamə qəbul etdirməyə can atdı. Bu müharibə Azərbaycanın haqq savaşı olduğundan və dost, qardaş ölkələr ədaləti dəstəklədiyindən Fransa öz çirkin niyyətinə nail ola bilmədi.

A.Badamov qeyd edib ki, Fransanın erməni sevgisi müharibənin başa çatmasından sonra daha qabarıq hal almağa başlayıb. Onlar çirkin niyyətlərini, ermənilərin müdafiəsini beynəlxalq təşkilatlar və gücləri Azərbaycana təzyiq göstərməyə sövq etməklə həyata keçirməyə çalışırlar: "Azərbaycanı etnik təmizlənmədə günahlandıran, özünü insan haqlarının müdafiəçiləri hesab edən Fransa və digər ölkələr 1 milyon azərbaycanlı öz doğma yurd-yuvasından qovulanda, Xocalı və digər ərazilərimizdə soyqırımılar törədiləndə harada idilər? Araşdırma aparmaq kifayətdir ki, etnik təmizləmənin hansı ölkədə aparıldığı üzə çıxsın. Azərbaycanda müxtəlif xalqların, millətlərin sülh, əmin-amanlıq içərisində yaşadığı, onlar arasında heç bir ayrı-seçkiliyin aparılmadığı göz qarşısındadır. Etnik təmizlənməni Ermənistan aparıb və nəticədə həmin ölkə monoetnik əraziyə çevrilib. Ermənistanda başlanmış etnik təmizlənmə siyasəti bu gün ermənilərin məskunlaşıb qaldığı ərazilərimizdə də davam etdirilir. Belə ki, hazırda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində bir azərbaycanlı belə yaşamır. Bütün tarix boyu ermənilər azərbaycanlılara qarşı etnik təmizlənmə siyasəti apardığı halda bu gün heç kimin Azərbaycanı ermənilərin etnik təmizlənməsində günahlandırmağa haqqı yoxdur. Halbuki Azərbaycan çoxmillətli və çoxkonfensiyalı ölkədir. O cümlədən 30 min erməni Azərbaycanın digər ərazilərində də yaşamağa davam edir. Bakının mərkəzində erməni kilsəsi dövlət tərəfindən qorunur. Bütün bunları görə-görə Azərbaycanın etnik təmizlənmədə günahlandırılması ikili standartlar və selektiv yanaşmadan irəli gəlir".

“Azərbaycanın günahlandırıldığı digər bir məsələ isə insan haqlarının pozulmasıdır. Bu gün Fransanın özündə və insan haqların müdafiəsindən danışan digər ölkələrdə insanların sərbəst toplaşma azadlığı kobudcasına pozulur, insanlar döyülür, atların təpiyi altına salınır, üstünə itlər buraxılır və müxtəlif işgəncələrə məruz qalırlar. O cümlədən onlar dəstəklədikləri Ermənistanda baş verən proseslərə də göz yumurlar. Paşinyan hakimiyyəti özündən əvvəlki dövlət başçılarını həbs etdirir, müxalifətin başına müxtəlif oyunlar gətirir və özünə qarşı olan qüvvələri siyasi meydandan silməyə çalışır. Belə ki, ermənilər azərbaycanlılara qarşı etnik təmizlənmə siyasəti apardığı kimi indi də Ermənistan rəhbərliyi siyasi təmizlənmə siyasətini çox dərin və sürətli şəkildə davam etdirir. Paşinyan hakimiyyətinə insan haqlarını pozmağına icazə verilib. Çünki Paşinyan Sorosun yetirməsidir və onların ssenarisinin icraçısıdır. Azərbaycan hakimiyyəti isə müstəqil siyasət yürüdür və xarici dairələrin təsiri altında deyil. Bunu qəbul etmək istəməyən Qərb formal beynəlxalq təşkilatların əli ilə Azərbaycan hakimiyyətinin ünvanına ittihamlar yağdırmaqla öz məqsədlərinə nail olmağına çalışır. Əlbəttə ki, Azərbaycanda dövlətin mənbəyində xalq dayanır. Ölkəmizdəki xalq –iqtidar birliyi bütün xarici təzyiqlərə cavab vermək əzmindədir və bu monolit birliyi heç kim dağıda bilməz”, - deyə deputat vurğulayıb. (AZƏRTAC)

Oxşar xəbərlər