Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin məlumatında bildirilib.
Daşkənd şəhərindəki “Yeni Özbəkistan” parkında Azərbaycan diasporunun da iştirak etdiyi təntənəli Novruz şənliyində Azərbaycan sərgisini ziyarət edən Özbəkistan Prezidenti Şavkat Mirziyoyev diasporumuzun üzvləri ilə görüşüb. Söhbət zamanı Şavkat Mirziyoyev bildirib ki, sentyabrda Azərbaycana səfər edəcək və səfər çərçivəsində Füzuli şəhərində Özbəkistan dövləti tərəfindən inşa edilən məktəbin açılış mərasiminə qatılacaq. (APA)