Bununla bağlı Aİ diplomatı "Twitter" hesabında paylaşım edib.
“Martın 16-da Ağdamda mina partlayışı xəbəri məni dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verirəm. Aİ minalardan təmizləmə işlərində Azərbaycana dəstəyini davam etdirəcək”, - diplomat vurğulayıb.
Qeyd edək ki, martın 16-da Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib. Mina partlayışı nəticəsində 1999-cu il təvəllüdlü İsrail İbrahim oğlu Həsənov və 1987-ci il təvəllüdlü Amid Hüseyn oğlu Həsənov həlak olub. (APA)