22.12.2024, 23:48
AZ EN
17.03.2023, 12:52 224

Ceyhun Məmmədov: “Azərbaycanı haqq yolundan döndərmək mümkün deyil”

XƏBƏRLƏR
  • “Avropa Parlamentinin Azərbaycan əleyhinə qətnamə qəbul etməsi ikili standartların, qərəzli yanaşmanın növbəti təzahürüdür. Bu addım bu gün özünü demokratiyanın beşiyi hesab edən Avropanın öz dəyərlərinə növbəti xəyanətidir”.

Bu fikirlər Milli Məclisin deputatı Ceyhun Məmmədova məxsusdur. 

 Millət vəkili özünün şəxsi “Facebook” hesabında məsələyə münasibətini bildirərkən deyib ki, mən bu qətnaməni qəbul edənlərə belə bir sual ünvanlamaq istəyirəm: “Bu gün mənim rayonum, kəndim, evim, yaxınlarımın qəbirləri barbarcasına dağıdılıb. Bu gün mən böyüyüb-başa çatdığım evimi tapa bilmirəm. Mənim babamın, nənəmin qəbiri dağıdılıb, sümükləri çıxarılıb. Bununla ermənilərin ürəyi soyumayıb, bu qəbirləri və sümükləri təhqir ediblər. Siz təsəvvür edirsinizmi bu nə deməkdir?

Eyni zamanda, bizim ibadət yerlərimiz, 67 məscidimiz barbarcasına dağıdılıb, içərisində donuz və inək saxlanılıb. Bütün bunlar məqsədli edilib”,-deyə deputat bildirib.

O, sonra qeyd edib ki, Vətən müharibəsində qələbədən sonra da ermənilər torpaqlarımızda mina basdırmağa, davamlı olaraq atəşkəsi pozmağa davam etdilər. Bəs 30 ilə yaxın müddətdə Avropa Parlamenti harada idi? Niyə bütün bunlara heç bir reaksiya verilmədi? Yoxsa, bunları görmək və eşitmək istəmirlər?

Niyə o vaxt Ermənistan əleyhinə qətnamə qəbul etmədilər? Niyə Ermənistandan tələb etmədilər Azərbaycan torpaqlarını boşaltmağı? Bəlkə, bütün bunlar müsəlman olduğumuza görədir? Bəlkə, Avropa bəşəriyyət tarixinin ən qanlı səhifələrindən biri olan “səlib yürüşləri”ni davam etdirmək niyyətindədir? Bu nə siyasət və yanaşmadır?

Amma unutmasınlar ki, bu kimi addımlar və cəhdlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı haqq yolundan döndərə bilməyəcəklər. Biz haqlı olduğumuzu dəqiq bilirik”,- deyə C.Məmmədov vurğulayıb.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər