Trend-in məlumatına görə, bu barədə siyasi elmlər doktoru və Yaxın Şərq məsələləri üzrə mütəxəssis Sebastian Bussua Brüsseldə dərc olunan fransızdilli Le Vif həftəlik xəbər jurnalındakı məqaləsində deyir.
Ekspertin sözlərinə görə, Aİ-nin bütün üzv dövlətlərində korrupsiya nəticəsində dəyən zərər əvvəlki kimi ildə 1 trilyon avro təşkil edir.
O, Avropa Parlamentinin hazırda erməni lobbisindən rüşvət götürməkdə ittiham olunan vitse-prezidenti Eva Kaylinin hadisəsini xatırladıb. "Uzun illər ərzində keçmiş yunan teleaparıcısı Brüsseldəki özəl mənbələrə əsasən digər ölkələrin, o cümlədən, Ermənistanın və onun böyük lobbisinin maraqlarından çıxış edib", - Bussua əlavə edib.
Bundan başqa, ekspert öz məqaləsində qeyd etdiyinə əsasən, noyabrın 19-da bir qrup parlamentarinin Azərbaycanı "Ermənistana qarşı təcavüz" etməkdə və "onun ərazi bütövlüyünü pozmaqda" ittiham edən bəyannamə imzaladığını qeyd edib.
"İmza atan 33 tərəf, o cümlədən, Eva Kayli Avropada ən böyük ermənipərəst təşkilat olan və milyoner Kaspar Karampetyanın rəhbərlik etdiyi Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası (EAFJD) ilə sıx əlaqədə olan Avropa-Ermənistan Dostluq Qrupunun üzvüdürlər. Bussua Kaspar Karampetyanın "Belçikada olduqca qaranlıq almaz biznesi ilə, xüsusən Afrikada münaqişə zonalarından Avropaya faydalı qazıntıların qanunsuz idxalı və sertifikasiyası ilə yaxşı tanındığından" yazır.
"Digər özəl mənbələrə istinadən milyonerin resurslarının bir qismi 1992-ci ildən bəri Azərbaycanın Qarabağ bölgəsini işğal edən separatçıların silahlı fəaliyyətinin dəstəklənməsində istifadə olunub", - o əlavə edib.
Ekspert Avropa-Ermənistan Dostluq Qrupunun və onun bu şəxslə münasibətlərinin dərindən araşdırılmalı olduğunu qeyd edib.
"Açıq-aydın görürük ki, Aİ onun təzyiq qrupları və kölgə lobbiçiləri ilə münasibətlərini tənzimləyən bütün qaydaları təcili şəkildə təkrar gözdən keçirməlidir. Bu artıq uzun illərdir ki, davam edir və təqsirkarların cəzalandırılması üçün hər hansı real sanksiya tətbiq edilmir. Avropa-Ermənistan Dostluq Qrupunu və onun rəhbərlərini biznesmen Karampetyanla birləşdirən qeyri-şəffaf münasibətlər aşkar və eyni zamanda, pis örnək olmaqla yanaşı, diqqətlə araşdırılmalıdır", - Bussua deyib.
Fransız analitikin fikrincə, bu qalmaqal Avropanın qüsursuz olmadığını və təcili olaraq yenidən formalaşmalı olduğunu, məhz idealları naminə lobbiçilərlə münasibətlərinə daha ciddi nəzarət təyin etməli olduğunu göstərir. (Trend)