18.10.2024, 16:24
AZ EN
27.02.2023, 17:58 229

Azərbaycan Xocalıda ədalətə mütləq nail olacaqdır

XƏBƏRLƏR
  • “Rusiya Duması Xocalı faciəsinə hüquqi qiymət verməlidir. Bu cinayət soyqırımı aktı kimi tanınmalıdır”.

Bu fikirləri Moskvada Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş  tədbirdə iştirak edən rusiyalı ekspertlər bildiriblər. Rusiyalı ekspertlər hesab edirlər ki, bu gün  tək Xocalı faciəsinin qurbanlarını yad etməklə kifayətlənmək olmaz.  Bu cinayəti soyqırımı aktı kimi rəsmən  tanımaq lazımdır. Tədbirdə qeyd olunub ki, Xocalıda törədilənlər amansızlığına görə Belarusun Xatın, Vyetnamın Somi kəndlərinin dinc əhalinin qətli ilə eyni sırada dayanan cinayətdir.

Rusiyalı ziyalılar Xocalıya  ədalət tələb edirlər. Onların fikrincə, ədalət hələ də Ermənistanın siyasi səhnəsində qalmaqda davam edən Xocalı qatilləri cinayət məsuliyyətinə cəlb olunanda zəfər çalacaq.

Azərbaycanın Rusiyadakı səfirliyinin və Heydər Əliyev Fondunun Rusiya Nümayəndəliyinin təşkilatçılığı ilə  keçirilən tədbirdə  diplomatik korpusun və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Nasionalnaya aborona” jurnalının baş redaktoru İqor Korotçenko:

-Xocalıda baş verənlər Azərbaycan xalqına qarşı erməni silahlı birləşmələri  və terrorçuları tərəfindən törədilən soyqırımıdır. Mən şəxsən Dövlət Dumasında bununla bağlı qətnamə qəbul edilməsinin tərəfdarı olmuşam və bu gün də bu fikirdəyəm. Bu, Rusiya məhkəməsinə, Rusiya Federasiyası ərazisində Xocalı cinayətləri iştirakçılarının axtarışlarına hesablanması və məhkəmə qarşısına çıxarılmasına, onların əməllərinə hüquqi qiymət verilməsinə imkan verəcək.

Rusiyalı politoloq Qriqori Tofimçuk:

-Hesab edirəm ki, bu təkcə Azərbaycan xalqının deyil, həm də insanlığın faciəsidir, ədaləti təmin eləyən onu mütləq təyinat nöqtəsinə çatdıracaq. Məqsəd icra olunacaq.  Azərbaycan Xocalıda ədalətə mütləq nail olacaq.

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov:

-“Xocalıya Ədalət”, soyqırımı törədənlərin cəzalandırılmasıdır. Əminəm ki, “Xocalıya ədalət” həm də Qarabağdan, Xocalıdan evlərindən köçkün düşənlərin doğma  torpaqlarına qayıtması üçün Azərbaycanın bu ərazilərdə dövlət hakimiyyətini bərpa etməsidir.  Hesab edirəm ki, Rusiya da bu faciəyə hüquqi qiymət verməlidir.  Bu, soyqırımı cinayət kimi xarakterizə edilməlidir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu:

-Bu gün bu tədbirdə Rusiyanın tanınmış politoloqları, ictimai xadimləri ilə yanaşı bizim Azərbaycan gənclərinin Rusiyadakı nümayəndələri çıxış edib və bu məni sevindirir. Ona görə ki,  bu gənclər gələcəyə bu tarixi aparacaqlar. Təbii ki, biz istərdik ki, bütün dünyada insanlar bu faciə haqqında  bilsinlər.

Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar:

-Xocalı qətliamının 31-ci ildönümündə o gün Xocalıda qətlə yetirilən qadınların, uşaqların və qocaların ruhlarını yad etmək istəyirəm. Eyni zamanda Azərbaycana bir daha başsağlığı verərək acılarını paylaşıram. Türkiyə olaraq  “Bir millət, iki dövlətik. Bu üzdən Azərbaycanın haqlı davasında sonuna qədər yanında olacağıq.

Tədbirdə çıxış edənlər dünya ictimaiyyətinin  diqqətini bu soyqırımına cəlb etmək üçün “Xocalıya ədalət” kampaniyası çərçivəsində ardıcıl obyektiv işlərin aparılmasının vacibliyini qeyd ediblər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər