Bunu Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində keçirilən dinc aksiya yerinə gələn britaniyalı jurnalist Robert Parker deyib.
“Mən 10 il əvvəl Azərbaycanda olmuşam. Bakıdan bura quru yolu ilə səfər etdik. Yol boyu görürsən ki, evlər, kəndlər inkişaf edir. O ki Qarabağa daxil olursan, yenə eyni görünüşə malik evlərdir, lakin hamısı dağıdılıb. Eyni görünüşə malik evlər, kafelər, mağazalar dağıdılıb. Mən burada baş verən müharibələrlə bağlı jurnalist kimi xəbərlər oxuyurdum, görürdüm və çox şadam ki, bu gün şəxsən buradayam”, - britaniyalı jurnalist qeyd edib. (APA)