Bu fikirləri Avropa Ravvinləri Konfransının prezidenti, Avropada Təhlükəsizlik və Dini Azadlıq İnstitutunun təmsilçisi Pinşa Qoldşmid söyləyib.
“Həmin vaxtdan 25 il keçməsinə baxmayaraq, həmin axşamı hələ də çox yaxşı xatırlayıram və bu anları xatırlayanda çox təsirlənirəm. Nahar zamanı müxtəlif mövzularda söhbətlərimiz oldu. Ancaq Ulu Öndər Heydər Əliyevin bir söhbətini heç unuda bilmirəm. O dedi: “Siz yəhudilərə qibtə edirəm. Dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, yəhudilərin iki ürəyi var. Ürəyin biri olduqları ölkə, digəri isə İsrail üçün döyünür”.
Məhz həmin an Heydər Əliyev daxili hisslərini bölüşdü. Hiss olunurdu ki, O, Azərbaycandan kənarda yaşayan azərbaycanlıların da məhz belə “iki ürəyə” malik olmasını arzulayırdı. Məncə, Heydər Əliyevin həmin arzusunu azərbaycanlı dağ yəhudiləri reallaşdırırlar.
“Azərbaycandan olan dağ yəhudiləri dünyanın hansı ölkəsində yaşamalarından asılı olmayaraq, məhz “iki ürəyə” malikdirlər. Onun biri daim Azərbaycanladır. Onların doğma ölkələri Azərbaycanla bağlı çox yaxşı xatirələri var”, - deyə Pinşa Qoldşmid vurğulayıb.
O, Ulu Öndər Heydər Əliyevlə həmin axşam aparılan söhbətin unudulmaz olduğunu, bu gün də daim xatırlandığını bildirib. (AZƏRTAC)