Milli Məclisin deputatı Mahir Abbaszadə jurnalistlərlə söhbətində belə deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə sosial islahatlar, sosial müdafiənin təşkil edilməsi, əhalinin sosial müdafiəyəyə ehtiyacı olan təbəqələri istiqamətində 2022-ci ildə də mühüm işlər görülüb:”Bir tərəfdən dövlət başçısı cənab İlham Əliyevin sərəncamı ilə sosial paket lahiyəsi həyata keçirilirsə, digər tərəfdən ƏƏSMN xətti ilə Dost Mərkəzlərinin açılması istiqamətində görülən işlər həm də müdafiə xidmətlərinin yüksək səviyyədə keçirilməsini təmin edir.Ölkəmizdə sosial müdafiə xidmətlərinin, sosial siyasətin tərkib hissəsi olan xidmətlərin həyata keçirilməsi məqsədilə Dost Mərkəzləri açılmaqdadır. Onların yüksək səviyyədə informasiya texnologiyaları ilə təmin olunması, müasir standartlara cavab verən işçilərlə təmin edilməsi, xidmətlərin yüksək səviyyədə aparılması və əlçatanlığın təmin edilməsi baxımından vacibdir”.
M.Abbaszadə daha sonra əlavə edib ki, Azərbaycan dövləti sosial dövlətdir. Sosial müavinətlərin artırılması, şəhid ailələrinin, müharibə əlillərinin, sosial müdafiəyə ehtiyacı olan insanların evlə təminatı həyata keçirilir. Bu, həm də sosial müdafiə xidmətlərinin yüksək səviyyədə, dünya standartlarına uyğun təmin edilməsindən xəbər verir. Azərbaycan dövləti tərəfindən ötən illərdə olduğu kimi, növbəti ildə də sosial müdafiənin gücləndirilməsi istiqamətində işlərin həyata keçirilməsi nəzərdə tutulur: “Qeyd etmək lazımdır ki, 2023-cü ilin dövlət büdcəsinin 45 faizi sosial müdafiəyə ehtiyacı olan insanların ehtiyacının ödənilməsi, pensiyaların verilməsi və digər bu kimi işlərin həyata keçirlməsi üçün ayrılıb. Bu da onu göstərir ki, Azərbaycan dövləti 2023-cü ildə xərcləyəcəyi hər 100 manatın 45 manatını sosial ehtiyaca sərf edəcək. Bütün bunlar isə Azərbaycan dövlətinin apardığı sosial müdafiə istiqamətində uğura hesablanmış addımdır. Hesab edirəm ki, Dost Mərkəzinin açılması, işlərin yüksək səviyyədə həyata keçirilməsi həm sosial müdafiəyə ehtiası olan insanların ehtiyacını təmin edəcək, həm də özünü sosial siyasətdə tam uyğun olaraq göstərəcəkdir,” - deyə deputat vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ