22.11.2024, 15:15
AZ EN
26.12.2022, 13:14 421

Ceyhun Məmmədov: “Xankəndində yaşayan ermənilərdən alət kimi istifadə edilir”

XƏBƏRLƏR
  • “Əslində bu gün reallıq ondan ibarətdir ki, Arutyunyan-Vardanyan cütlüyünün əsas məqsədi və hədəfi Qarabağda Azərbaycana məxsus sərvətlərin talanmasıdır”. Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmmədov səsləndirib.

“Onlar bunun üçün hər bir addımı atmağa hazırdırlar və proseslər də bunu bir daha açıq şəkildə göstərir”-, deyə millət vəkili bildirib.

C.Məmmədov daha sonra əlavə edib ki, Araik Arutyunyan-Ruben Vardanyan cütlüyü rəhbərlik etdiyi quldur dəstələri vasitəsilə Xankəndində yaşayan insanları, erməniləri girov kimi saxlayır, onlardan alət kimi istifadə edirlər: “Xankəndi əhalisinə çox ciddi təzyiqlər var. Onların bütün sosial şəbəkələri izlənilir, hətta onlara işgəncələr verilir və bunu da bir neçə gün bundan əvvəl yayılan məlumatlar təsdiq edir”.

Deputatın sözlərinə görə, Laçın yolu açıq olsa da və burada insanların gediş-gəlişi üçün şərait yaradılsa da,  sözügedən quldur dəstələri saxta böhran görüntüsü yaratmaq üçün əhalinin bu yoldan istifadəsinə mane olurlar: “Bütün dünyaya car çəkirlər ki, guya Azərbaycan Qarabağda yaşayan ermənilərin hüquqlarını pozur.  Araik Arutyunyan-Ruben Vardanyan Xankəndində etirazlar təşkil edir. Məlum olduğu kimi, əvvəlki dövrlərdə onlar insanları bu mintinqlərə zorla, pul vasitəsilə gətirmişdilər. Burada bir fakt da var ki,  insanların çoxu Ermənistandan gəlmişdilər. Lakin  budəfəki aksiyalarda bunu etmək mümkün olmadı”.

Ceyhun Məmmədov daha sonra vurğulayıb ki, Azərbaycanın ekofəallarının və qeyri-hökumət təşkilatlarıın nümayəndələrinin bölgədə olmas səbəbindən,  cinayətkar ünsürlər Ermənistandan erməniləri bura gətirə bilmirlər. Araik Arutyunyan-Ruben Vardanyan cütlüyü bu mitinqlərə 20-25 min insanı gətirməkdə çətinlik çəkirlər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər