Bu sözləri Lusine Qalstyan " Hraparak TV"-nin Xankəndidə apardığı sorğuya cavabında deyib. O, ərinin iranlı erməni olduğunu və buraya gələnədək neft mühəndisi işləyərək yüksək maaş aldığını, Xankəndidə isə aylarla işsiz qaldıqdan sonra tapdığı az maaşlı işdən də ixtisara görə çıxdığını kövrək səslə bildirib və əlavə edib ki, bir müddət İranda yaşayıb. İranlı kişilər erməni olduğunu bildikdə onunla münasibət qurmaq üçün dil bilmədiklərinə görə yerli ermənilərdən tərcüməçi kimi istifadə edərək deyiblər ki, Əli Xamneyi ermənilərlə "ünsiyyətə" icazə verib. Bundan sonra o, geri qayıtmağı qərara alıb və ailəsi birlikdə Hadrutda, iki il öncə isə Xankəndidə məskunlaşıb.
Son vaxtlar Laçın yolunda baş verən olayların Xankəndinin boşaldılması ilə nəticələnəcəyini vurğulayan erməni qadın jurnalistin "bəs, dediyiniz baş verərsə, haraya gedəcəksiniz" sualını isə belə cavablandırıb: "Dünya böyükdür, elə yerə getmək istəyirəm ki, qapını döyüb "arsaxı" müdafiə mitinqinə gəl deyən olmasın. Sonra isə "onsuz da hamı "arsax" dan qaçacaq" - deyə o, çox adamın bu fikirdə olduğunu, amma qorxudan etiraf etmədiklərini də açıqlayıb.
NƏSİB