Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bu məsələlərlə bağlı açıqlamasında bildirib ki, BMT nizamnaməsi qeyd edilərkən qarşıya qoyulan əsas məqsədlərdən biri ümumdünya məqsədi olan sülhün və bəşəriyətin təhlükəsizliyini təmin etmək üçün birgə yaşayış, yəni insan ləyaqətinə, şəxsiyyətinə hörmət şəraitində birgə yaşayışda vacib meyarlardan biri kimi müəyyən olunub. Eyni zamanda Azərbaycan müstəqilliyini əldə etdikdən, daha sonra Konstitutsiyamızı qəbul etdikdən sonra bu meyarlara xüsusi önəm verilib və Konstitutsiyamızın 25-ci maddəsində bərabərlik hüququnun timsalında Azərbycan dövlətinin bu istiqamətdə niyyətinin ifadə olunduğunu görmüşük. Həmçinin dövlətimizin ali niyyəti, Konstitutsiyamızın prianpulasında dövlət öz üzərinə bu kimi vacib öhdəliklər götürüb və Azərbaycan dövlətinin bu öhdəliklərə sadiq qaldığının daimi şahidi olmuşuq.
Billət vəkili qeyd ediiiib ki, bu gün Azərbaycanda çoxsaylı fərqli etnik mənsubiyyətinə malik insanlar yaşayır, vətəndaşlarımız yaşayır. Tarixin heç bir dövründə olduğu kimi, o cümlədən bu gün də biz onlar arasında hansısa fərqlilik, ayrıseçkilik nə müşahidə etməmişik, nə görməmişik. Eyni zamanda bəzən o multikultural dəyərlərdən dnışanda, tolerantlıqdan danışırlar. Tolerant əslində dözümlü yanaşmaq deməkdir. Bizdəki o ifadəyə, bizdəki hazırkı vəziyyətə, tolerantlıq ifadəsi də o qədər tam əhatə eləmir. Çünki biz bir-birimizə dözmürük. Biz bir-birimizlə bərabər, iç-içə yaşayırıq və biz bir-birimizin ailə üzvü kimiyik. Bu mənada bizdəki münasibətlər ayrı-ayrı vaxtlarda bütün dünya tərəfindən nümunə göstərilir. Xüsusən yəhudilərə münasibətdə, digər xalqlara münasibətdə, biz ermənilərə münasibətdə də həmçinin. Bilirsiniz ki, bu gün Azərbaycanda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən kənardakı ərazilərimizdə, elə paytaxtın özündə 30 mindən çox erməni yaşayır və bu günə kimi onları erməni olduğuna görə ermənisən deyə sualı verilməyib, nəinki hansısa təzyiqlər. Bu mənada Azərbaycan bu gün dünyadan hansısa tolerantlıq, multikultural dəyərlərin dərsini alacaq yox, bu barədə istər Azərbaycan dövləti, istər Azərbaycan Prezidenti dünyaya usdad dərsi keçəcək durumdadır.
Ermənilərin Azərbaycan Prezidentinə ünvanladıqları müraciətinə münasibət bildirən millət vəkili daha sonra bildirib: “Azərbaycan üzərinə düşən hər şeyi edir. Prezident cənab İlham Əliyev müharibədən dərhal sonra bəyan etdi ki, ordakı ermənilər bizim vətəndaşlarımızdır. Amma söhbət bütövlükdə bütün ermənilərdən getmir. Orda sovet dövründən yaşayan qanuni şəkildə miqrasiya qaydalarını pozaraq qeyri-qanuni şəkildə ərazilərimizdə məskunlaşanlardan yox, orda əvvəldən, yəni, “Türkmənçay”, “Gülüstan” müqavilələrindən sonra tədricən və ya sovet dövründə köçürülən ermənilərdən söhbət gedir. Qanuni şəkildə yaşayan ermənilərə münasibətdə də biz qapıları həmişə açıq qoymuşuq və bildirmişik ki, onlar bizim vətəndaşlarımızdır. Azərbaycan xalqının, Azərbaycan xalqının digər nümayəndələrinin hansı hüquq və azadlıqları təmin olunursa, hansı üstünlüklər, hansı vəzifələr daşıyırlarsa, onlar da bizim üçün eyni qaydada. Amma bu gün bizim bu niyyətimizə, eyni zamanda ermənilərin yenidən inteqrasiyasına mane olan cox ciddi səbəblər var. Səbəblərin kökündə birinci dayanan Ermənistandır. Ermənistan ermənilərin “dənizdən-dənizə” xülyaları, həmçinin türkofobiya, islamobiya siyasəti heç bir kökü olmayan miflər bu gün Ermənistan və Azərbaycan arasında yekun sülhün əldə olunmasına nəinki maneəçilik yaradır, həm də xalqların, artıq o birgəyaşayışında ciddi əngələ çevrib. Doğulan uşaqlar türk düşməni kimi doğulmağa başlayır. Həmçinin kənar qüvvələrin. Biz xüsusi vurğulamaq lazımdır İranın, eyni zamanda Fransanın, həmçinin erməni diasporunun ayrı-ayrı bölgələrdə, xüsusən Amerika Birləşmiş Ştatlarında erməni diasporunun fəaliyyəti bu gün Ermənistanın özünün başının üstündə bir “demokl qılıncı” kimi dayanıb təhdid edir və birgəyaşayış formulunun yekun məğzini tapana qədər ermənilər xüsusilə kənar dairələr, erməni diasporu, hətta terror hərəkətlərindən belə çəkinməyəcəklər. Düzdür, onlar Azərbaycanda heç nə edə bilməzlər, amma özlərində, Ermənistanın özündə biz şahidiyik ki, 90-cı illərin sonunda parlamentdəki terroru, ondan əvvəlki dövrlərdə baş verənlər. Amma istənilən halda bu gün biz ona görə arxayınıq ki, bölgənin hərəkətverici qüvvəsi Azərbaycandır. Bölgənin gündəmini Azərbaycan müəyyən edir. Cənab Prezidentin dediyi kimi, hətta Ermənistanın özündəki gündəmə biz təsir edirik. Bu mənada Azərbaycanın, Azərbaycan ərazisindəki xalqların birgəyaşayışı istiqamətindəki mətin addımlarına kimsə, o cümlədən də ermənilər və havadarları maneə ola bilməyəcəklər”.
Millət vəkili daha sonra əlavə edib ki, inteqrasiya üçün biz müharibə keçmişik, müharibə dövrün atlatmışıq. Postmünaqişə dövründə də biz niyyət ortaya qoymuşuq. Amma birgəyaşayış üçün qarşılıqlı ehtimad mühiti bərpa olunmalıdır. Bizim çoxsaylı şəhid ailələrimiz var. Hansı ki, sözün əsl mənasında haqlı olaraq qisas hissi ilə yaşayır. Eyni zamanda ermənilərin də onların işğalçı savaşlarında itkiləri var. Bax, bu mühitdən sonra ehtimad mühitinin formalaşması üçün media və vətəndaş cəmiyyəti institutlarının Xankəndində fəaliyyəti çox vacibdir. Eləcə də sülhməranlıların nəzarətində olan digər ərazilərimizdə. Lakin bu gün Azərbaycan vətəndaşları Azərbaycan Konstitutsiyasının 28-ci maddəsində etiva olunmuş azadlıq hüququ, sərbəst hərəkət hüququna belə sülhməramlılar icazə vermir. Nəticə etibarilə nəinki biz ekoloji terrorla bağlı öz fikirlərimizi tam şəkildə ifadə edə bilmirik, yerində prosesə mane ola bilmirik, həm də ermənilər və azərbaycanlılar arasında ünsiyyətin daha genişlənməsi istiqamətində ciddi addımlar ata bilmirik. Düzdür, rus sülhməramlıları Azərbaycanın dövlət orqanlarına və s. bunlara mane olacaq güc deyillər. Amma vətəndaş cəmiyyətinin bu gün faktiki olaraq sülhməramlıların müvəqqəti nəzarətində olan ərazilərə keçidin qarşısını alması, qarşılqlı etimat mühitində ciddi zərbədir.
Ermənilərin guya humanitar fəlakətlə üzləşməsi ilə bağlı videolar çəkib paylaşması məsələsinə toxunan Z.Məhərrəmov vurğulayıb: “Humanitar fəlakət o zaman olardı ki, Azərbaycan həmin yolları kəsərdi, qaz xətlərini kəsərdi, eenerji təchizatını kəsərdi. Bunların hamısına bizim imkanlarımız var. Amma bu gün həmin ərazilərdə nəqliyyat-kommunikasiya xətlərinin qarşısını kəsən sülhməramlıların kontingentidir. İkincisi, orda humanitar böhran indi yox. Otuz ildir davam edir. Azərbaycan tərəfi bu aksiyalarla Ermənistan vətəndaşlarını bu humanitar böhrandan çıxarmağa cəhd edir və burda da maraqlı qüvvələr var, Vardanyan kimi insanlar, eyni zamanda separatçıların digər rəhbərləri, hansı ki, orda Azərbaycanın həmin ərazidə yataqlarını istismar etməklə milyardları oğurlayırlar. Bu rejimi, bu sistemi davam etdirmək üçün də işğalın, separatizmin nəticələrinin davamlılığını arzu edirlər. Çox təəssüflər olsun ki, sülhməramlıları da bu prosesdə alətə çevrilib. Amma Azərbaycan dövlətdir. Dövlətin qarşısında hansısa cinayətkar birlik, cinayətkar qruplaşma şərt qoya bilməz, xüsusilə də Azərbaycan kimi bir dövlətin. Biz təbii ki, o ərazilərdə cənab Prezidentin də dediyi kimi, orda səlahiyyət müddəti var, biz o ərazilərdə öz suveren yuridisiyamızı təmin edəcəyik və necə ki, sərhəd bütövlüyümüz təmin olunub, daxildəki separatizmi də qısa müddətdə əzəcəyik. Əminliklə deyə bilərəm ki, oradakı erməni vətəndaşlarımız da bu separatçı rejimin məhv edilməsi, yer üzündən silinməsində Azərbaycan dövlətinə yardım edəcəklər. O ki, qaldı dünyaya çağırışlarına, bu bizim üçün yeni bir hal deyil, erməni toplumunun bütövlükdə ideologiyasıdır və bunun kökündə bir amil dayanır: özlərini yazıq göstərib yardım toplamaq, özünü yazıq göstərib dünyanın diqqətini cəlb etmək. Amerikadakı erməni də belədir, Suriyadakı, Livandakı, Türkiyədəki, Fransadakı, İrandakı və Azərbaycandakı erməni də. Hazırda separatçıların yaşadığı ərazidə bu təfəkkürlə adətən onların öndə gedənləri yaşayırlar, bu təfəkkürlə formalaşıblar. Bu da normaldır. Bölgənin əsl sakinləri deyillər, bölgəyə kənar təfəkkürlə gəliblər və onlar da yaşayışlarını bu cür qurur. Amma biz istənilən halda ermənilərin, separatçıların, bütövlükdə onların nazı ilə oynamayacağıq, onların ərköyünlüyünə xüsusi şərait yaratmaq niyyətində deyilik. Dövlətçilik məsələlərində dövlətin bir mövqeyi var. İndi biz onu əgər müzakirələrlə, bax, bu vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı dövlət strukturlarının, xarici işlər nazirliklərinin səviyyəsində həll edə bilməsək, təbii ki, Dəmir yumruq həmişə bizim ən mühüm istinadgahımız olaraq qalmaqdadır və qalacaq”.
Hazırladı: Tahirə AĞAMİRZƏ