Bunu deputat Tural Gəncəliyev Milli Məclisin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, korrupsiyada ittiham edilən AP üzvlərinin Ermənistana yaxın olmaları bir daha sübut edir ki, onlar Ermənistan tərəfindən maliyyələşdirilir. “Son günlər Avropa Parlamentində açığa çıxan korrupsiya faktları da ondan xəbər verir ki, Laçın-Şuşa yolunda azərbaycanlıların qızıl yataqlarının Ermənistan tərəfindən istismarına niyə qarşı çıxırlar. Biz öz gözümüzlə görmüşük, erməni iş adamları Avropa Parlamentinin binasında oturub deputatları maliyyələşdirirlər, onları pul müqabilində Azərbaycana qarşı işə cəlb edirlər”, - deyə deputat əlavə edib. (Trend)