09.06.2025, 17:52
AZ EN
16.12.2022, 11:47 491

Sülhməramlılar ermənilərə " müxbir" lik edir

XƏBƏRLƏR

Ermənilərin yazılı və elektron kütləvi informasiya vasitələrində yalanlar,uydurmalar və təhqirlər səngimək bilmir, dekabrın 16-da yayılmış xəbərlərin əksəriyyəti Xankəndi-Şuşa yolunda soydaşlarımızın haqlı aksiyalarına erməni yelbeyinliyi ilə bildirilən  münasibətlərdən açıq-aydın görünür ki, onlar havadarlarının kölgəsində yeni təxribatlar hazırlayırlar."Joğovurt" qəzeti " sülhməramlılar" la daim əlaqə saxladıqlarını, onlardan guya obyektiv məlumatlar aldıqlarını vurğulayaraq bildirir ki, beynəlxaq təşkilatlar sözügedən aksiyanı dayandırmasa, müharibə başlayacaq. Gülünc görünən bir də odur ki, bu fikrə məhz "sülhməramlıların" proqnozu nəticəsində gəlindiyi vurğulanır. O da əlavə olunur ki, erməni media nümayəndələri olay yerinə buraxılmadıqlarına görə onlar məlumatı məhz Qarabağdakı rus zabitlərindən alırlar. Buradan isə bir sual yaranır: ermənilərə " müxbirlik" edən rusların "maaş"ı neçə yüz qramdır?

Nəsib QARAMANLI

Oxşar xəbərlər