Milli Məclisin deputatı Tural Gəncəliyev məsələyə münasibətini ifadə edərkən bildirib: “Mən bu hadisəni, aksiyanı narahatlıqla və çox yaxından izləyirəm. Artıq iki gündən çoxdur davam edən bu aksiya özünün müəyyən cəhətləri ilə seçilir. İlk növbədə onu qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının vətəndaşları, ekoloji məsələlərlə məşğul olan fəallar, eyni zamanda qeyri-hökumət təşkilatlarının nümayəndələri Azərbaycan Konstitutsiyasına uyğun olaraq, hətta mən deyərdim Azərbaycan Konstitutsiyasının 39-cu maddəsinə uyğun olaraq sağlam ətraf mühitdə yaşamaq hüququndan istifadə edərək və Qarabağda Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji məsələləri araşdırmaq, monitorinq etmək və bununla bağlı Rusiya sülhməramlıları kontingentindən hesabat tələb etmək üçün oradadırlar, aksiya keçirirlər. Rusiya sülhməramlı kontingentinin və bilavasitə onun rəhbərinin borcudur ki, Azərbaycan ərazisində olduqları üçün onlar Azərbaycan vətəndaşlarının haqlı tələblərinə gəlib cavab versinlər, bununla bağlı hesabatını təqdim etsinlər. Çünki Rusiya sülhməramlıları kontingenti, yeni də xatırlatmaq lazımdır k, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata görə onların əsas funksiyası sülh yaratmaq funksiyasıdır. Yəni, sülhməramlılar kontingentinin hansısa digər funksiyası, səlahiyyəti, mandatı mövcud deyildir. Onlar buna görə Azərbaycan vətəndaşlarının-Xankəndi-Şuşa yolunda hal-hazırda orada dinc aksiya keçirən vətəndaşların haqlı tələblərini yerinə yetirməli, onlara orada baş verən qanunsuzluqlar barədə ətraflı məlumat verməlidirlər. Bu aksiya dinc, normal aksiyadır. Burda haqlı tələblər irəli sürülüb. Dünya təcrübəsində, ümumiyyətlə, bütün ölkələr öz suveren ərazilərində belə aksiyalar keçirirlər. Azərbaycan vətəndaşları da istənilən Azərbaycan ərazisində olduğu kimi, orda da aksiya keçirmək hüququna malikdirlər”. Millət vəkili daha sonra bəzi erməni kütləvi informasiya vasitələrinin, informasiya kanallarının guya azərbaycanlı aksiyaçılar orda yolu bağlayıblar feyk kimi xəbərlərinə münasibət bildirərək deyib ki, təxribat xarakterli belə məlumatlar yalandır, azərbaycanlılar yolu bağlamayıb. Rusiyanın sülhməramlılı kontingenti orada cəpər qurub, yolu da onlar bağlayıblar. Bizim asksiyaçılar dinc aksiya keçirirlər, bu isə normal bir praktikadır: “Bura Azərbaycanın suveren əraziləridir. Yenə də Konstitusiyaya istinad edərək bildirirəm ki, Konstitusiyanın ikinci fəsli Azərbaycan dövlətinin əsaslarından bəhs edən fəslidir. Orada 11-ci maddə var. Həmin maddəyə görə Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır, bölünməzdir. Ona görə də Azərbaycanın Qarabağ ərazisi, daxili tərkib, ayrılmaz hissəsi olduğuna görə burada, ümumiyyətlə, rus ekspertlər olsun, ermənilər olsun, ermənilərin havadarları olsun, onların bəzən məntiqsiz, qeyri-hüquqi kontekstə uyğun olmayan bəyanatlarını mən başa düşə bilmirəm. Ümumiyyətlə, Azərbaycan özü suveren dövlət olaraq, özü bilər hansı ərazilərdə hansı tədbir keçirir, hansı aksiya keçirir”.
Millət vəkili Rusiya sülhməramlıları kontingentinin komandanı Andrey Volkovun hələ də azərbaycanlı aksiyaçıların qarşısına çıxmamasına fikrini belə izah edib: “Bu da sirr deyil ki, sülhməramlılı kontingenti neçə vaxtdır ərazilərimizdə baş verən qanunsuzluqlara göz yumurdular və onlar çox gözəl bilirdilər ki, burada nələr baş verir. Qarabağda mövcud olan qanunsuz tör-töküntü ünsürlərlə işbirliyində Volkov birbaşa özü iştirak edirdi. Volkovun azərbaycanlı aksiya iştirakçılarının qarşısına çıxmamasını, onlara hesabat verməməsini bir növ Volkovun deməyə sözünün olmaması kimi başa düşülür. Amma Volkov ora gəlib konkret cavab verməlidir. Çünki aksiyaçılarımız konkret faktlarla, arqumentlərlə aksiya keçirilər. Biz havadan danışmırıq. Orda Azərbaycanın yataqları, təbii sərvətləri talan olur, istismar edilir. Faktlar var əlimizdə. Təbii orda ola bilsin ki, törədilmiş sinayətləri ört-basdır etmək, vaxt udmaq məqsədi daşıyır. Lakin bu keçməyəcək. Azərbaycan dövləti olaraq orda bütün məsələlərə nəzarət edirik və hesab edirəm ki, Volkov təbii ki, əvvəl-axır gəlib cavab verməlidir”.
O, daha sonra deyib ki, fikrimcə, Volkov öz başına hərəkət etmir. Bir necə gün öncə o, öz bəyanatında bildirmişdi ki, biz Azərbaycanın Qarabağ bölgəsində olan toponimləri ilə bağlı düzgün məlumat veririk. Ancaq Rusiya Müdafiə Nazirliyi bunu təhrif edir. Volkovun üzə çıxmamağının səbəblərindən biri də bu ola bilər. T.Gəncəliyev əlavə edib ki, ümumiyyətlə, bu bizim üçün maraqlı deyil. Biz konkret olaraq üçtərəfli bəyanata görə Rusiya sülhməramlılarından öz funksiyalarını normal yerinə yetirməsini tələb edirk.
Millət vəkili onu da xatırladıb ki, 1992-ci ildə Rusiya sülhməramlı kontingenti Moldovada,1993-cü ildə Tacikistanda,sonradan Gürcüstanın Cənubi Osetiya və Abxaziya bölgəsində olmuşdu. Bu ölkələrin hamısında onlar davranışlarını düzgün qura bilmirdilər. İnsanların hiddətinə, narazılığına səbəb olan davranışlar nümayiş etdirdilər...
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi:“Və onlar bilməlidirlər ki, odla oynamaq onlara baha başa gələr. Qarabağa göz dikməyəcəklər. Qarabağ bizim torpağımızdır. Orda yerləşən Rus sülhməramlılar müvəqqqəti yerləşiblər. 10 noyabr 2020-ci ilin bəyanatında onların müddəti göstərilir”.
Hazırladı: Tahirə AĞAMİRZƏ