22.11.2024, 10:06
AZ EN
14.12.2022, 14:10 333

Azərbaycan Prezidenti: Azərbaycanın Qarabağ Zəfəri regionda yeni layihələr üçün əlverişli imkan yaradıb

XƏBƏRLƏR
  • “2020-ci ilin sonunda 44 günlük Vətən müharibəsində əldə edilmiş Zəfər nəticəsində torpaqlarımız Ermənistanın 30 illik işğalından azad edildi, Qarabağ münaqişəsi həll edildi və bu qələbə regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkan yaratdı”.

Bunu Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Zirvə Görüşündə Prezident İlham Əliyev deyib.

Dövlət başçısı qeyd edib ki, hazırda dünyada yeni çağırışlar və təhdidlər var: “Bu səbəbdən digər sahələrlə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığın genişləndirilməsi böyük önəm daşıyır. Bir daha Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatında görüşün önəmini vurğulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etməsinə böyük töhfə verəcək”.

Oxşar xəbərlər

SON XƏBƏRLƏR