21.09.2024, 07:25
AZ EN
13.12.2022, 14:10 313

Piter Teys: “Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələri ATƏT-in Minsk Qrupu qədər faydasızdır”

XƏBƏRLƏR
  • Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin Şuşada Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyəti zonasında keçirilən etiraz aksiyası ikinci gündür ki, davam edir. Onlar Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün azərbaycanlı mütəxəssislərin əraziyə buraxılmamasına etiraz edirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə keçirilmiş müzakirələrin nəticəsi olaraq, dekabrın 10-da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı ilkin monitorinqə başlamaq üçün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərinə yola düşüb.

Monitorinq zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış və müxtəlif istiqamətlər üzrə monitorinq, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi nəzərdə tutulmuşdu. Lakin heyət Rusiya sülhməramlılarının müşayiəti ilə sözügedən yataqların yerləşdiyi ərazilərə gəlsələr də, hər iki istiqamətdə təxribatla üzləşiblər. Beləliklə, nəzərdə tutulan ilkin baxış və monitorinq Rusiya sülhməramlıların nəinki lazımi şərait yaratmaması, əksinə, bu prosesin qəsdən pozulması ssenarisində iştirakına görə baş tutmayıb.

Məsələ ilə bağlı amerikalı ekspert Piter Teys bildirib ki, Rusiyanın regiondakı sülhməramlı qüvvələri ATƏT-in Minsk Qrupu qədər faydasızdır: "Erməni faşist qüvvələri Laçın dəhlizinin perimetri boyu piyada əleyhinə minalar yerləşdirir, rus qoşunlarının burnunun dibində təxribat işləri aparır. Əgər onlar erməni quldurlarına minalama fəaliyyətlərini davam etdirməyə imkan verirlərsə, onlar necə sülhməramlıdırlar? Bu, Ermənistan tərəfindən üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin kobud şəkildə pozulmasıdır”.

Teys əlavə edib ki, Azərbaycan vətəndaşları ətraf mühitin qorunmasına və təbii sərvətlərlə ehtiyatlı davranılmasına yönəlmiş dinc aksiya keçirirlər.

Onun fikrincə, BMT, ABŞ hökuməti və Avropa İttifaqı Rusiya və Ermənistana təcili reaksiya verməli, təzyiq göstərməlidir ki, Azərbaycan ərazilərində ətraf mühiti, o cümlədən, su ehtiyatlarını çirkləndirməyə son qoysunlar.

"Səssizlik həll yolu deyil. Azərbaycan ətraf mühitin qorunmasına böyük sərmayələr yatırıb, Xəzər dənizinin biomüxtəlifliyini qorumaq əzmini nümayiş etdirib. Erməni terrorçu rejimi isə əraziləri minalarla və təhlükəli pestisidlərlə çirkləndirir, Azərbaycanın suveren ərazilərini dünyanın ən təhlükəli sahələrinə çevirir”, – deyə amerikalı ekspert bildirib. (Trend)

Oxşar xəbərlər